Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 12:46
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Məlumata görə, kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına 14 yeni fiziki şəxs və qurum daxil edilib.
Bildirilib ki, sanksiyalar həmçinin Böyük Britaniyaya qarşı kiberəməliyyatlarda iştirak etdikləri iddia edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına da şamil olunub.
Bundan başqa, Böyük Britaniya Rusiyanın hərbi-analitik "Rıbar" mərkəzinin əməkdaşlarına qarşı da sanksiyalar tətbiq edib.
İlqar Xudiyev Böyük Britaniya Rusiyaya qarşı sanksiyaMənbə: apa.az