Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib

Tarix: 13 Jul 2026 21:42

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.

APA xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk "Facebook"da məlumat yayıb.

Onun sözlərinə görə, Baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Baş nazir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Ukrayna Yuliya Sviridenko istefa

Mənbə: apa.az

Xəbər Lenti