Böyük Britaniya Aİ-nin Ukraynanın hərbi maliyyələşdirilməsi proqramına qoşulub

Böyük Britaniya Aİ-nin Ukraynanın hərbi maliyyələşdirilməsi proqramına qoşulub

Tarix: 13 Jul 2026 21:17

Böyük Britaniya hökuməti Avropa İttifaqının Ukraynanın hərbi maliyyələşdirilməsi üzrə 90 milyard avroluq proqramına qoşulmaq barədə razılıq əldə edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

Açıqlamaya görə, proqram britaniyalı müdafiə şirkətlərinə bu vəsait hesabına maliyyələşdirilən müqavilələr üzrə tenderlərdə iştirak etmək imkanı verəcək.

Bildirilir ki, bu, Böyük Britaniyada milyardlarla avro həcmində potensial investisiyanın cəlb edilməsinə, ixtisaslı iş yerlərinin qorunmasına və ölkənin müdafiə sənayesi bazasının gücləndirilməsinə şərait yaradacaq.

Qeyd olunub ki, Böyük Britaniyanın proqramdakı maliyyə töhfəsi britaniyalı istehsalçıların əldə edəcəyi müqavilələrin dəyərinə uyğun müəyyənləşdiriləcək.

Məlumat Parisdə keçirilən “İstəkli ölkələr koalisiyası” sammiti çərçivəsində açıqlanıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu qərar Ukraynaya daha geniş hərbi təchizatçı seçimi imkanı yaradacaq.

Böyük Britaniya Avropa İttifaqı Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti