Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 13 Jul 2026 20:53
ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı kampaniyaya başladığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, kampaniyanın məqsədi Vaşinqtonun fikrincə, BCM-dən qaynaqlanan “ABŞ suverenliyinə təhdidi” neytrallaşdırmaqdır.
Açıqlamada qeyd olunub ki, tədbirlər çərçivəsində məhkəmənin əməkdaşlarının ABŞ vizalarının ləğvi, ölkəyə girişinə qadağa qoyulması, BCM və onunla əlaqəli qurumlara qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Vaşinqton digər dövlətləri də BCM ilə əməkdaşlıqdan çəkindirməyə çalışacağını bildirib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsi sanksiyalar
Mənbə: apa.az