Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 13 Jul 2026 23:34
Ukrayna Prezidenti Volodimir Zelenski “Freyja” antiballistik hava hücumundan müdafiə sisteminin təxminən bir il ərzində istifadəyə veriləcəyini bildirib.
Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Zelenski yeni antiballistik koalisiyanın iclasında çıxışı zamanı layihə ilə bağlı gözləntilərini bölüşüb.
“Mən ümid edirəm ki, növbəti 12 ay ərzində ‘Freyja’nın fəaliyyətə başladığını görəcəyik”, - deyə Ukrayna Prezidenti bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Ukraynanın ballistik raketlərdən öz istehsalı olan sistem vasitəsilə müdafiəsini təmin edəcək.
Ukrayna Freyja HHM
Mənbə: apa.az