Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 05:42
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasında razılaşmanın hələ də mümkün olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bəli, hesab edirəm ki, razılaşma mümkündür. Əlbəttə, belə düşünürəm”, - deyə Tramp İranla danışıqların perspektivini şərh edərkən bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Amerika hərbçiləri İranın Hörmüz boğazına nəzarətlə bağlı hərbi potensialını məhv etməyə davam edir.
ABŞ İran Donald Tramp
Mənbə: apa.az