Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 05:28
NATO Sammiti Türkiyənin imkanlarını hərtərəfli nümayiş etdirmək və ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirmək üçün mühüm fürsət yaradıb.
APA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən hökumət iclasından sonra təşkil olunan brifinqdə səsləndirib.
Prezident Ankarada keçirilən NATO Sammitinin nəticələrini yüksək qiymətləndirərək tədbirlərdə 4800 yüksəkvəzifəli NATO nümayəndəsinin iştirak etdiyini bildirib.
Ərdoğanın sözlərinə görə, hərbi qüdrəti, diplomatik təcrübəsi və müdafiə sənayesi sahəsindəki potensialı sayəsində Türkiyə alyansın transformasiyasında mühüm rol oynayan ən güclü NATO tərəfdaşlarından biri olaraq qalır.
Dövlət başçısı, həmçinin 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinin qarşılanma mərasimində hərbi qulluqçuların tarixi Yeniçəri və “Mehteran” orkestrinin geyimində iştirakına yönələn tənqidlərə münasibət bildirib.
Mənbə: apa.az