Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 09:42
Rusiya silahlı qüvvələri gecə ərzində qrup hücumları həyata keçirərək Kiyevdə və Odessadakı hərbi sənaye obyektlərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, ötən gecə Rusiya silahlı qüvvələri uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək qrup hücumları həyata keçirib.
Kiyevdə raketlərin və pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan hərbi sənaye obyektlərinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin yanacaq və sürtkü yağlarının saxlanması üçün istifadə edilən Odessa vilayətindəki Yujnı liman infrastrukturuna zərbələr endirilib.
Rusiya Uktayna Kiyev Odessa
Mənbə: apa.az