Ukrayna Fransadan “Rafale” qırıcılarının istehsalı üçün lisenziya alacaq

Ukrayna Fransadan “Rafale” qırıcılarının istehsalı üçün lisenziya alacaq

Tarix: 14 Jul 2026 08:47

Fransa Ukraynaya “Rafale” qırıcıları verəcək və SCALP raketləri ilə müasir aviasiya bombalarının istehsalı üçün lisenziya təqdim edəcək.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın iclasından sonra bildirib.

Makron qeyd edib ki, bu qərarlar tərəflər arasında 2025-ci il noyabrın 17-də əldə olunmuş razılaşmaların davamıdır.

“Ötən il noyabrın 17-də imzaladığımız niyyətləri artıq konkret addımlara çevirmişik. Bunlara hava hücumundan müdafiə sahəsində ilk tədarüklər, modernizasiya və Ukraynanın ‘Rafale’ hücum aviasiyasını əldə etməsi daxildir. İlk təyyarələr 2028-2029-cu illərdə Ukrayna səmasında uçmalıdır”, - deyə Makron bildirib.

Fransa Ukrayna Rafale

Mənbə: apa.az

Xəbər Lenti