Avropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək

Avropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək

Tarix: 14 Jul 2026 14:43

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

"Ukrayinskaya Pravda" xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib.

O, Aİ liderinin Kiyevə səfərini təsdiqləsə də, səfərin məqsədi barədə ətraflı məlumat verməyib.

"Prezident Fon der Lyayen sabah Kiyevdə olacaq. Təhlükəsizlik baxımından hazırda əlavə təfərrüatları təsdiqləyə bilmirik”, – Gill bildirib.

İlqar Xudiyev Ursula Fon der Lyayen Aİ

Mənbə: apa.az

Xəbər Lenti