Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub

Tarix: 11.05.2024 17:29

Lənkəranda zəlzələ olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yerli vaxtla saat 17:22 də Lənkəranda zəlzələ olub.

Təqribən 10 saniyə davam edən zəlzələ 5 bala yaxın hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Xəbər Lenti