Cümə axşamı, 14 May, 2026
Tarix: 05 Dec 2023 04:49
Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Baku TV”yə Yasamal Bələdiyyəsindən münasibət bildirilib.
Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:
“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, baş daşı aşıb”.
Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenilənəcək.
Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.
Daha ətraflı videosüjetdə: