Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 15 May 2024 05:36
ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərə bilər.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton Kiyevin hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün bir sistem göndərmək istəyir.
Bundan əlavə, qeyd edilir ki, Avropalı müttəfiqlər də öz anbarlarından əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları üzərində işləyirlər.