Cümə, 23 Yanvar, 2026
Tarix: 05 Dec 2023 13:08
Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:
ödəniş təşkilatı fəaliyyəti - 2000 manat
elektron pul təşkilatı fəaliyyəti - 3000 manat
ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.