Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 10:35
“Maşınım sığortalıdır” deyən sürücülərin heç də hamısı avtomobillərinin hər riskə qarşı təminatlı olduğunu düşünməməlidir. Çünki icbari avtomobil sığortası ilə KASKO eyni məhsul deyil.
İcbari sığorta qanunun tələbidir və qarşı tərəfə maksimum 5,000 ₼ məbləğində dəyən zərəri qarşılayır. Öz avtomobilinizə dəyən zərəri isə KASKO ödəyir, özü də avtomobilin tam dəyərinə uyğun. Üstəlik yol-nəqliyyat hadisələri ilə yanaşı, yanğın, oğurluq, güclü külək, sel, dolu, üzərinə ağac aşması və digər gözlənilməz riskləri də qarşılayır.
Məsələn, Sabunçuda leysan nəticəsində su altında qalan avtomobillər, Ağdaşda ildırımın vurduğu yük maşını və ya güclü külək zamanı avtomobilin üzərinə aşan ağaclar göstərir ki, bütün risklər qəza ilə bağlı deyil.
Buna görə də yalnız icbari sığorta ilə kifayətlənməyin, KASKO təminatını da alın. Elə PAŞA Sığorta VEB-SAYTINA rahat müraciət edə bilərsiniz.
PAŞA SığortaMənbə: apa.az