Bank sektorunun xalis mənfəəti 24%-dən çox artıb

Bank sektorunun xalis mənfəəti 24%-dən çox artıb

Tarix: 29 Jul 2026 10:05

2026-cı ilin yanvar – iyun ayları ərzində banklar 716.3 milyon manat xalis mənfəət əldə ediblər.

"APA-Economics" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,23% çoxdur.

Hesabat dövründə banklar 1 milyard 86.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 171.1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

İlahə Səlimova xalis mənfəət banklar

Mənbə: apa.az

Xəbər Lenti