Mərkəzi Bank: Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək

Mərkəzi Bank: Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək

Tarix: 29 Jul 2026 21:50

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

“APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

"Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək", – deyə Mərkəzi Bankın sədri əlavə edib.

APA-Economics Azərbaycan Mərkəzi Bankı AMB sədr Taleh Kazımov müsahibə maaş pensiya kartları

Mənbə: apa.az

Xəbər Lenti