Dövlət qiymətli kağızlarının həcmi 2018-ci illə müqayisədə 7 dəfəyə yaxın artıb

Dövlət qiymətli kağızlarının həcmi 2018-ci illə müqayisədə 7 dəfəyə yaxın artıb

Tarix: 30 Jul 2026 11:34

Bu il iyulun 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi strategiyaya uyğun olaraq, daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci illə müqayisədə təxminən 6,8 dəfə artaraq 7 milyard 234,6 milyon manata çatıb.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə daxili dövlət borcunun 7.234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

İlahə Səlimova Dövlət qiymətli kağızları

Mənbə: apa.az

Xəbər Lenti