Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 11:26
Bu ilin iyulun 1-i tarixinə Azərbaycanın daxili dövlət borcu 15.982 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.
"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.
Daxili dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə 1.822,5 milyon manat və ya 10,2 faiz azalıb. Cari ilin iyulun 1-nə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalıb.
Həmin dövrə daxili dövlət borcunun 7.234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
İlahə Səlimova daxili dövlət borcuMənbə: apa.az