Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Tarix: 30 Jul 2026 11:11

Bu ilin iyulun 1-i tarixinə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 7.232,3 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 5,5 faizini təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.

Dövlət zəmanətinin 4.928,0 milyon manatı (2.898,8 milyon ABŞ dolları) və ya 68,1 faizi xarici dövlət zəmanətli kreditlərin, 2.304,3 milyon manatı və ya 31,9 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalmasının səbəbi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması olub.

İlahə Səlimova Azərbaycanın dövlət zəmanətli borcu

Mənbə: apa.az

Xəbər Lenti