AMB: İllik inflyasiya hədəf daxilindədir

AMB: İllik inflyasiya hədəf daxilindədir

Tarix: 31 Jul 2026 10:25

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb.

“APA- Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir. İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.

İlahə Səlimova inflyasiya Azərbaycan istehlak qiymətləri

Mənbə: apa.az

Xəbər Lenti