Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 10:13
2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib.
“APA- Economics” bu barədə AMB-yə istinadən xəbər verir.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2.2 mlrd. ABŞ dolları məbləğində və ya 19.5% artaraq 13.8 mlrd. ABŞ dolları təşkil edib.
İlahə Səlimova valyutaMənbə: apa.az