Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

Tarix: 01 Aug 2026 09:57

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.29 dollar və ya 3,34% artaraq 101.87 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

İlahə Səlimova Azərbaycan nefti

Mənbə: apa.az

Xəbər Lenti