Cümə axşamı, 14 May, 2026
Tarix: 05 Dec 2023 19:07
Dekabrın 5-də PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.
APA xəbər verir ki, ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.
Riyaziyyat üzrə nəticələrə görə ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb.
Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Beləliklə, ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yuxarı nəticə göstərib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) PISA 2022 ilə bağlı dərc etdiyi hesabata əsasən, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusilə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son on ilin ən böyük geriləməsi qeydə alınıb. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkədə, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi koronavirus (COVID-19) pandemiyası qeyd edilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.
Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib.
PISA 2022 tədqiqatının ölkələr üzrə nəticələri ilə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz.
Sıra
Ölkə
Mathematics
Reading
Science
1
Sinqapur
575
543
561
2
Makau (Çin)
552
510
543
3
Çin Taypeyi
547
515
537
4
Honkonq (Çin)
540
500
520
5
Yaponiya
536
516
547
6
Koreya
527
515
528
7
Estoniya
510
511
526
8
İsveçrə
508
483
503
9
Kanada
497
507
515
10
Niderland
493
459
488
11
İrlandiya
492
516
504
12
Belçika
489
479
491
13
Danimarka
489
489
494
14
Böyük Britaniya
489
494
500
15
Poland
489
489
499
16
Avstriya
487
480
491
17
Avstraliya
487
498
507
18
Çexiya Respublikası
487
489
498
19
Sloveniya
485
469
500
20
Finlandiya
484
490
511
21
Latviya
483
475
494
22
İsveç
482
487
494
23
Yeni Zenlandiya
479
501
504
24
Litva
475
472
484
25
Almaniya
475
480
492
26
Fransa
474
474
487
27
İspaniya
473
474
485
28
Macarıstan
473
473
486
29
Portuqaliya
472
477
484
30
İtaliya
471
482
477
31
Viyetnam
469
462
472
32
Norveç
468
477
478
33
Malta
466
445
466
34
Amerika Birləşmiş Ştatları
465
504
499
35
Slovakiya
464
447
462
36
Xorvatiya
463
475
483
37
İslandiya
459
436
447
38
İsrail
458
474
465
39
Türkiyə
453
456
476
40
Bruney Darussalam
442
429
446
41
Ukrayna bölgələri (18 of 27)
441
428
450
42
Serbiya
440
440
447
43
Birləşmiş Ərəb Əmirlikləri
431
417
432
44
Yunanıstan
430
438
441
45
Rumıniya
428
428
428
46
Qazaxıstan
425
386
423
47
Monqolustan
425
378
412
48
Kipr
418
381
411
49
Bolqarıstan
417
404
421
50
Moldova
414
411
417
51
Qətər
414
419
432
52
Çili
412
448
444
53
Uruqvay
409
430
435
54
Malayziya
409
388
416
55
Monteneqro
406
405
403
56
Azərbaycan (Bakı)
397
365
380
57
Meksika
395
415
410
58
Tayland
394
379
409
59
Peru
391
408
408
60
Gürcüstan
390
374
384
61
Səudiyyə Ərəbistanı
389
383
390
62
Şimali Makedoniya
389
359
380
63
Kosta Rika
385
415
411
64
Kolumbiya
383
409
411
65
Braziliya
379
410
403
66
Argentina
378
401
406
67
Yamayka
377
410
403
68
Albaniya
368
358
376
69
İndoneziya
366
359
383
70
Fələstin
366
349
369
71
Mərakeş
365
339
365
72
Özbəkistan
364
336
355
73
İordaniya
361
342
375
74
Panama
357
392
388
75
Filippin
355
347
356
76
Kosovo
355
342
357
77
Qvatemala
344
374
373
78
Salvador
343
365
373
79
Dominik Respublikası
339
351
360
80
Paraqvay
338
373
368
81
Kamboca
336
329
347