Dünya bazarlarında neft 5%-dən çox ucuzlaşıb

Dünya bazarlarında neft 5%-dən çox ucuzlaşıb

Tarix: 03 Aug 2026 08:53

ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 5,06% azalaraq 1 barelə görə 83,48 dolları təşkil edib.

“APA- Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 5,82% azalaraq 79,74 ABŞ dollarına bərabər olub.

Emil İsmayılov neftin qiyməti Brent WTI

Mənbə: apa.az

Xəbər Lenti