Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 13:15
Aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 03.08.2026-cı il tarixində saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Bu barədə "APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.
Emil İsmayılov Bakı qaz təchizatıMənbə: apa.az