Maliyyə Nazirliyi I yarımildə 68 normativ hüquqi akt layihəsi hazırlayıb

Maliyyə Nazirliyi I yarımildə 68 normativ hüquqi akt layihəsi hazırlayıb

Tarix: 07 Aug 2026 17:12

2026-cı ilin I yarısında Maliyyə Nazirliyi tərəfindən 68 normativ hüquqi akt layihəsi hazırlanıb.

“APA-Economics” bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Hazırlanmış layihələrin 41-i təsdiq edilərək qəbul olunub.

Hazırlanan akt layihələrinin 27-si Nazirlər Kabinetinin sərəncamı, 17-si Prezident fərmanı, 12-si Nazirlər Kabinetinin qərarı, 10-u qanun, 2-si isə Maliyyə Nazirliyinin Kollegiya qərarı olub.

Hesabat dövründə Maliyyə Nazirliyinə 678 hüquqi akt layihəsi daxil olub. Onlardan 505-nə rəy verilib, 173-ü isə nazirliyin rəhbərliyi tərəfindən vizalanıb. Bundan əlavə, 2025-ci ildə hazırlanmış 12 layihə cari ildə qəbul edilib.

APA-Economics Maliyyə Nazirliyi akt

Mənbə: apa.az

Xəbər Lenti