Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 15:12
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,4 % çoxdur.
Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,6 % azalaraq 22 milyard 916,5 milyon manata enib, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,2 % artaraq 53 milyard 901,2 milyon manata yüksəlib.
İlahə Səlimova iqtisadiyyat ÜDMMənbə: apa.az