Avropada təbii qaz 11% bahalaşıb

Avropada təbii qaz 11% bahalaşıb

Tarix: 11 Aug 2026 10:25

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 730 ABŞ dollarını ötüb.

“APA-Economics” xəbər verir ki, 10 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 734,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (662,6 dollar) ilə müqayisədə 10,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Emil İsmayılov Aİ TTF qazın qiyməti TAP

Mənbə: apa.az

Xəbər Lenti