Cümə, 23 Yanvar, 2026
Tarix: 06 Dec 2023 13:19
2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yeri açılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 79.2% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 552 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 515, Şuşada isə 262 yeni iş yeri açılıb.
Azad edilmiş rayonlar Yeni yaradılmış iş yerlərinin sayı Laçın 515 Şuşa 262 Ağdam 64 Xocavənd 46 Cəbrayıl 39 Füzuli 34 Kəlbəcər 19 Xocalı 5 Qubadlı 3 Zəngilan 2