Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 07:34
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
APA xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.
Məlumata görə, Ağdaş Elektrik Şəbəkəsi ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə və İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Göyçay Elektrik Şəbəkəsinə daxil olan şəhər ərazisində isə saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Tərtərin Sarıcalı və Gülabadlı kəndlərində də saat 10:00-dan 14:00-dək planlı fasilə tətbiq olunacaq.
Bildirilib ki, işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: apa.az