Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 08:56
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün neft və digər maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 109,74 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz göstərici – 109,84 mln. barel ) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 8,92 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 100,82 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz - 101,89 mln. barel) ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 5,3 mln. barel azdır.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik hasilatı ortalama 106,12 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (103,17 mln. barel) ilə müqayisədə 2,95 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 102,02 mln. barel olub.
Emil İsmayılov EIA ABŞ qlobal neft hasilatı
Mənbə: apa.az