Azərbaycan bankları bu il Blumberq ticarət sistemində 1500-dən çox əqd bağlayıb

Azərbaycan bankları bu il Blumberq ticarət sistemində 1500-dən çox əqd bağlayıb

Tarix: 12 Aug 2026 10:11

2026-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycan bankları Blumberq ticarət sistemində ümumi həcmi 55.7 mlrd. manat təşkil edən 1530 əqd bağlayıb.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu əməliyyatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

Bağlanan əqdlərin həcm baxımından 96%-i 1-3 günlük əməliyyatlar hesabına formalaşıb.

İlahə Səlimova əqd Blumberq

Mənbə: apa.az

Xəbər Lenti