Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 11:01
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 720 ABŞ dollarına yaxınlaşıb.
“APA-Economics” xəbər verir ki, 12 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 719,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (700,9 dollar) ilə müqayisədə 2,7% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov Aİ TTF qazın qiyməti TAPMənbə: apa.az