Bazar, 16 Avqust, 2026
Tarix: 16 Aug 2026 10:00
İordan çayının qərb sahilində fələstinli ailələrin bir həftədir evlərində mühasirədə qalğı bildirilir.
Al Jazeera xəbər verir ki, hadisə Nablusun cənubunda yerləşən Qusra kəndində baş verib.
Fələstinli ailələr evlərini tərk etməyə məcbur olub.
İsrail ordusu daha əvvəl bölgədə köçkünlərin Fələstin evlərinə və torpaqlarına daxil olması ilə bağlı məlumat aldığını açıqlayıb və bu hərəkətləri qanunsuz və qəbuledilməz adlandırıb. Ordu əraziyə əlavə qüvvələrin göndəriləcəyini bildirib.
Qusra son aylarda köçkünlərlə fələstinlilər arasında gərginliyin artdığı yaşayış məntəqələrindən biri kimi göstərilir.
İsrail Fələstin İordan çayının qərb sahili Qusra Nablus israilli köçkünlər fələstinli ailələr mühasirə su elektrik Al Jazeera
Mənbə: apa.az