Ukrayna ordusu Donbasda irəliləyib, iki mühüm istiqamət açıqlanıb

Ukrayna ordusu Donbasda irəliləyib, iki mühüm istiqamət açıqlanıb

Tarix: 16 Aug 2026 11:39

Ukrayna Silahlı Qüvvələri Donbasın Slavyansk və Pokrovsk istiqamətlərində irəliləyiş əldə edib.

UNIAN-ın məlumatına görə, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bunu döyüş bölgəsindən yayılan görüntülər və Rusiya qüvvələrinin zərbələrinin təhlili əsasında bildiriblər.

ISW qeyd edib ki, Rusiya qüvvələrinin Slavyanskın şərqində yerləşən Ozernoye ərazisində Ukrayna mövqelərini atəşə tutması Kiyev qüvvələrinin burada son günlər irəlilədiyini göstərir. Analitiklərin fikrincə, bu, Rusiya tərəfinin Ozernoyenin qərbindəki mövqelərə nəzarət etməsi ilə bağlı iddialarını da şübhə altına alır.

Pokrovsk istiqamətində də Ukrayna qüvvələrinin müəyyən mövqeləri geri aldığı bildirilir. ISW-nin məlumatına görə, Ukrayna hərbçiləri Belitskoyenin şimal-qərbində Rusiya qüvvələrinin nəzarətində olan bəzi mövqeləri ələ keçiriblər.

Eyni zamanda Rusiya ordusunun Donbasda Ukraynanın logistika imkanlarını zəiflətməyə çalışdığı qeyd olunur. Avqustun 15-də Slavyanskda Kazennıy Torets çayı üzərindəki piyada körpüsü idarə olunan aviabombalarla vurulub və körpünün bir hissəsi dağılıb.

ISW hesab edir ki, körpülərə zərbələrin intensivləşməsi Rusiya qüvvələrinin bölgədə mümkün yeni hücum əməliyyatlarına hazırlığının bir hissəsi ola bilər.

Ukrayna Rusiya Donbas Slavyansk Pokrovsk ISW Ukrayna ordusu Rusiya-Ukrayna müharibəsi cəbhə dünya xəbərləri

Mənbə: apa.az

Xəbər Lenti