Fransa meşə yanğınlarına qarşı ordunu səfərbər edib, 2 min hərbçi əməliyyata cəlb olunub

Fransa meşə yanğınlarına qarşı ordunu səfərbər edib, 2 min hərbçi əməliyyata cəlb olunub

Tarix: 16 Aug 2026 19:04

Fransada genişmiqyaslı meşə yanğınlarının söndürülməsinə təxminən 2 min hərbçi cəlb edilib.

APA xəbər verir ki, Fransa Silahlı Qüvvələri Nazirliyi nümayəndəsi Alis Ryüffo BFMTV-yə açıqlamasında daha 2 min hərbçinin ehtiyatda saxlanıldığını bildirib.

Onun sözlərinə görə, yanğınlarla mübarizədə mühəndis bölmələri ilə yanaşı, Airbus A400M təyyarələri, Reaper pilotsuz uçuş aparatları və helikopterlərdən də istifadə olunur. Fransada meşə yanğınlarının söndürülməsində adətən Bombardier 415 amfibiya təyyarələri də tətbiq edilir.

Son həftələr Avropanın bir sıra ölkələrində ekstremal istilər və quraqlıq genişmiqyaslı meşə yanğınlarına səbəb olub. Xüsusilə Aralıq dənizi bölgəsində minlərlə hektar ərazi yanıb, sakinlər və turistlər təxliyə edilib.

Fransa meşə yanğınları hərbçilər Fransa ordusu Alis Ryüffo BFMTV Airbus A400M Reaper helikopter quraqlıq istilər Avropa

Mənbə: apa.az

Xəbər Lenti