Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 03:17
HAMAS vasitəçiləri və Sülh Şurasını İsrailə təzyiq göstərərək Qəzzada atəşkəs razılaşmasına əməl etməyə və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməyə çağırıb.
APA xəbər verir ki, təşkilat Qəzza üzrə razılaşma çərçivəsində İsrailin öhdəliklərini yerinə yetirməsi və ikinci mərhələnin həyata keçirilməsi planını təsdiqləməsinin təmin edilməli olduğunu bildirib.
Təşkilat danışıqlar zamanı təklif olunan yol xəritəsi ilə razı olduğunu da təsdiqləyib.
“Al Arabiya”nın mənbələri isə bildiriblər ki, HAMAS Cared Kuşnerlə görüşdə tərəfdarlarının silahlarının Qəzzada qalmasına nail olmağa çalışıb. Lakin Vaşinqton silahların anklavdan çıxarılmasını tələb edir.
HAMAS Qəzza İsrailMənbə: apa.az