Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 04:16
Yunanıstanın Salamis adasında meşə yanğını səbəbilə təxminən 600 nəfər təxliyə edilib.
APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Kathimerini" qəzeti məlumat verib.
Qəzet əvvəllər adada baş verən yanğın nəticəsində iki nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildirmişdi.
"Peristeriyanın qərbindəki Saterli çimərliyindən ümumilikdə 593 nəfər təxliyə edilib", - qəzet bildirib.
Hazırda yanğının iki aktiv cəbhəsi var: adanın cənubundakı Peristeriya və şərqdəki Seliniya kəndləri yaxınlığında. Təxminən 260 yanğınsöndürən, 58 nəqliyyat vasitəsi, 10 təyyarə və yeddi vertolyot alovla mübarizə aparır.
"Kathimerini" yanğının yaşayış binalarına yayıldığını və nəqliyyat vasitələrini məhv etdiyini bildirir.
Yunanıstan yanğınMənbə: apa.az