Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 05:14
ABŞ və İran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti bu gün, avqustun 17-də başa çatır.
APA xəbər verir ki, Pakistan hökumətindəki mənbələr avqustun 12-də Vaşinqton və Tehranın atəşkəs müddətinin uzadılmasına razılıqlarını vasitəçilərə çatdırdıqlarını bildirmişdi.
Daha sonra, İranın yüksək vəzifəli mənbəsi atəşkəsin uzadılması ilə bağlı ABŞ-la heç bir müzakirə aparılmadığını açıqlamışdı.
Bu səbəbdən hazırda uzadılmanın rəsmən təsdiqləndiyini söyləmək mümkün deyil.
ABŞ İranMənbə: apa.az