Bazar, 25 Oktyabr, 2026
Tarix: 17 Aug 2026 08:47
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,21% artaraq 4446,8 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 65,56 dollar təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüşMənbə: apa.az