Ukrayna Belqoroda raket zərbəsi endirib, 6 nəfər ölüb

Ukrayna Belqoroda raket zərbəsi endirib, 6 nəfər ölüb

Tarix: 17 Aug 2026 10:20

Ukrayna ordusu Belqorod vilayətinə raket zərbəsi endirib.

İnterfaks”ın məlumatına görə, bu barədə bölgənin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev bildirib.

Valuyski rayonunun Koloskovo kəndinə hücum nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Yaralılardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Mənbə: apa.az

Xəbər Lenti