Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 11:11
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 560 688,09 min ABŞ dolları dəyərində 7 473 413,94 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 562 115,58 min dollar dəyərində 802 369,65 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Rumıniya tutur. Yanvar-iyul aylarında bu ölkəyə 522 201,19 min dollar 821 311,27 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 8 032 903,55 min dollarlıq 12 722 590,97 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:
№
Ölkələr
Statistik dəyər (min ABŞ dolları)
Miqdar (ton)
-
Cəmi
8 032 903.55
12 722 590.97
1
İtaliya
4 560 688.09
7 473 413.94
2
Çexiya
562 115.58
802 369.65
3
Rumıniya
522 201.19
821 311.27
4
Hindistan
376 114.36
491 171.24
5
Bolqarıstan
253 113.50
358 842.99
6
Tunis
225 469.94
368 916.34
7
Portuqaliya
221 958.01
395 031.62
8
Almaniya
210 855.82
360 299.00
9
İsveçrə
193 596.32
272 501.37
10
Yunanıstan
182 764.51
284 374.74
11
Digərləri
724 026.24
1 094 358.82
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya Çexiya RumınıyaMənbə: apa.az