İran dronları Məsrur Bərzaninin ofisini hədəfə alıb

İran dronları Məsrur Bərzaninin ofisini hədəfə alıb

Tarix: 17 Aug 2026 12:44

İrana məxsus iki dronun İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin ofisini hədəfə aldığı bildirilir.

APA xəbər verir ki, bu barədə İraq mənbələri məlumat yayıb.

Məsrur Bərzani də özünün “X” hesabında hadisənin baş verməsini təsdiqləyib.

Onun sözlərinə görə, şəxsi ofisi və Kürdüstan regionunun təhlükəsizlik xidmətinin iqamətgahına İran dronları ilə hücum edilib.

Bərzani bunu qəbuledilməz təcavüz aktı kimi qiymətləndirib və kəskin şəkildə pisləyib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İran tərəfi hələlik məsələyə reaksiya verməyib.

Toğrul Quluzadə Bərzani Kürdüstan dron hücumu İran

Mənbə: apa.az

Xəbər Lenti