Bəqai Ərbildə İranla ABŞ arasında məxfi görüşün keçirilməsinə dair xəbəri təkzib edib

Bəqai Ərbildə İranla ABŞ arasında məxfi görüşün keçirilməsinə dair xəbəri təkzib edib

Tarix: 17 Aug 2026 12:37

Ərbildə İran və ABŞ arasında məxfi görüşün keçirilməsi barədə xəbər tamamilə uydurmadır. APA-nın Tehran bürosunun xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ mediasının İran və ABŞ arasında məxfi görüş keçirilməsi barədə iddiasını təkzib edib. İran XİN sözçüsü ABŞ-ın qeyri-rəsmi şəkildə İraqdakı Kürdüstan Regional Hökuməti vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqə saxlaması barədə xəbəri İranın qərar qəbuledici strukturları arasında fikir ayrılığı yaratmağa yönəlmiş media manipulyasiyası və psixoloji əməliyyat kimi qiymətləndirib.

Haşim Rahimi İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqai

Mənbə: apa.az

Xəbər Lenti