Bazar, 25 Oktyabr, 2026
Tarix: 17 Aug 2026 16:26
Azərbaycanda bu ilin yanvar-iyul aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1315,5 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 53,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,3 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı isə 9,7 faiz azalıb.
Bildirilir ki, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 25,1 faiz, etilen istehsalı 25,4 faiz azalıb, rezin və plastik kütlə məmulatlarından polietilendən kisə və çantaların istehsalı 9,4 faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 8,2 faiz artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri
2026-cı ilin yanvar-iyul aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.08.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr
25 643,5
96,7
40,4
ondan azot, min kub metr
13 014,2
91,7
37
Lak-boya məmulatları, ton
28 544,3
130,4
305,1
Qeyri-üzvi kimyəvi maddələr, ton
16 530
122,3
5 730
ondan yod, ton
111,3
99,1
34,5
Üzvi kimyəvi maddələr, min ton
373,8
70,7
55,4
ondan: etilen, min ton
70,4
74,6
1,5
propen (propilen), min ton
71,4
84
0,8
metanol (metil spirti), min ton
180,1
66,1
38,3
Etil spirti, min dkl
52,6
88,7
44
Gübrə və azot birləşmələri, min ton
304,6
82,1
68,1
Ondan: karbamid, min ton
303,8
81,9
68,1
İlkin formada plastik kütlə, min ton
143,3
79,5
33,9
ondan polietilen, min ton
68,2
74,9
9,8
Yapışqan və yapışdırıcı maddələr, min ton
103
105,9
9,5
Emil İsmayılov Dövlət Statistika Komitəsi kimya sənayesi
Mənbə: apa.az