Azərbaycanın pambıq ixracı artıb

Azərbaycanın pambıq ixracı artıb

Tarix: 17 Aug 2026 16:21

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 172 milyon 264.47 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 6 milyon 39.37 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 6,6% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,89%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.

İlahə Səlimova Pambıq ixrac idxal

Mənbə: apa.az

Xəbər Lenti