Bazar, 25 Oktyabr, 2026
Tarix: 17 Aug 2026 16:07
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 23 490 mln..manat təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə bərabər olub.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 20 833,9 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 1,5% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı
2026-ci ilin yanvar-iyul aylarında istehsal edilib, milyon manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi
23 490
100
Xam neft və təbii qaz hasilatı
20 833,9
98,5
Metal filizlərinin hasilatı
649,8
139,7
Mədənçıxarma sənayesinin digər sahələri
125,8
85,9
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
1 880,5
129,3
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 504,1 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 777,3 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1% azalıb, əmtəəlik qaz hasilatı isə 1% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
Məhsul növləri
2026-cı ilin yanvar- iyul aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.08.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton
15 543,3
96,9
254,8
ondan əmtəəlik
15 504,1
96,9
254,8
Təbii qaz, milyon kub metr
29 565,8
101,1
-
ondan əmtəəlik
22 777,3
101
-
Emil İsmayılov Dövlət Statistika Komitəsi neft qaz mədənçıxarma sənayesi
Mənbə: apa.az