Bazar, 30 Avqust, 2026
Tarix: 17 Aug 2026 17:13
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın SEPAH-la pərdəarxası dialoq aparıldığı barədə iddiasını təkzib edib.
Bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohebbi “Tasnim”ə açıqlama verib.
O, Trampın iddialarını “məğlubiyyətdən qaynaqlanan fantaziya” adlandırıb.
Hüseyn Mohebbinin sözlərinə görə, SEPAH və ABŞ arasında heç bir dialoq yoxdur.
O əlavə edib ki, nəinki SEPAH-la ABŞ arasında, ümumiyyətlə İran ABŞ-a heç bir danışıq aparmır.
Qeyd edək ki, Tramp ABŞ-ın SEPAH-la gizli danışıqlar apardığını deyib.
Toğrul Quluzadə SEPAH Donald Tramp danışıqlar dialoqMənbə: apa.az