Azərbaycanla Gürcüstan arasında pul köçürmələri artıb

Azərbaycanla Gürcüstan arasında pul köçürmələri artıb

Tarix: 18 Aug 2026 11:52

Ötən ay Azərbaycandan Gürcüstana 3,55 milyon ABŞ dolları həcmində pul köçürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İllik müqayisədə pul köçürmələrinin həcmində 10,99% artım qeydə alınıb.

İyulda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrində payı 1,01% təşkil edib.

Gürcüstandan Azərbaycana isə 6,98 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin eyni göstəricisini 12,4% üstələyir.

Hesabat ayında xaricdən Gürcüstana 350,05 milyon ABŞ dolları məbləğində pul köçürülüb, əks istiqamətdə isə 39 milyon ABŞ dolları həcmində pul vəsaitləri göndərilib.

Cəmilə Babayeva #Azərbaycan #Gürcüstan #pulköçürmələri #pultransfertləri #maliyyə #iqtisadiyyat #dollar #GürcüstanMilliBankı #iqtisadiəlaqələr #pulaxını #maliyyəgöstəriciləri #banksektoru #AzərbaycanGürcüstan

Mənbə: apa.az

Xəbər Lenti